XVIII əsrin ortalarında keçmiş Təbriz bəylərbəyiliyinin mərkəzində Təbriz xanlığı yaranır. Xanlığın əsasını Dünbuli tayfasından olan Əmiraslan xan qoymuşdur. Xanlığın mərkəzi də Təbriz şəhəri olmuş, Xoy, Naxçıvan, Qaradağ, Sərab və Marağa xanlıqlar ilə sərhədlənmişdi. Əmiraslan xan qısa bir zamanda Təbriz, Xalxal, Ərdəbil və Azərbaycanın bir sıra cənub əyalətlərini özünə tabe edir.
↧