
Lənkəran xanlığı XVIII əsrin ortalarından 1826-cı ilə qədər mövcud olmuşdur. Bu dövlətin sərhədləri Azərbaycanın cənub-şərqi, Talış dağları, Xəzər dənizi aə Muğan düzü arasındakı torpaqları əhatə edirdi. Gilan, Ərdəbil, Qaradağ və Salyan ilə hüdudlanırdı. Xanlığın mərkəzi əvvəl Astara, sonralar Lənkəran şəhəri olmuş, əsası Lənkəran hakimi Seyid Abbasın oğlu Cəmaləddin Mirzə bəy (ona Qara xan da deyirdilər) tərəfindən qoyulmuşdu.