XVIII əsrin 40-cı illərində yaranmış Bakı xanlığı Quba, Şamaxı və Cavad xanlıqları ilə həmsərhəd olmuşdur. Xanlığın əsası I Mirzə Məhəmməd xan tərəfindən qoyulmuşdu. Onun oğlu Məlik Məhəmməd xanın dövründə Fətəli xan «nikah diplomatiyası» yolu ilə, yəni öz bacısı hökmlü və möhkəm iradəli Xədicə Bikəni ona ərə verməklə xanlığı özündən asılı vəziyyətə salır.
↧