XVIII əsrin ortalarında Azərbaycanın şimalında yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığıdır. Zəngəzur dağları ilə Araz vadisi arasındakı torpaqları əhatə edən bu xanlıq mühüm strateji mövqeyi ilə həmişə seçilmişdir. Belə ki, onun ərazisi İrəvan, Qarabağ və Maku xanlıqları, habelə Osmanlı imperatorluğu ilə həmsərhəd olmuşdur. Xanlığın əsasını qoyan Kəngərli tayfasının başçısı Heydərqulu xandır.
↧